Nobel Sülh Mükafatının qalibi məlum olub

Dünya

10.10.2025 - 13:12

Nobel Komitəsi 2025-ci il Sülh Mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib

Nobel Sülh Mükafatının 2025-ci il qalibi bəlli olub.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh Mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.

Qeyd edilib ki, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.

Son bir ildə Maçado Venesuelada gizli şəkildə yaşamaq məcburiyyətində qalıb. Onun həyatına yönəlmiş ciddi təhdidlərə baxmayaraq, ölkəni tərk etməyib.

Komitə vurğulayıb ki, Mariya Korina Maçado Venesuela müxalifətini bir araya gətirib, cəmiyyətin hərbi rejimə qarşı demokratik mübarizəsini təşkil edib və ölkədə militarizasiyanın qarşısında qətiyyətli mövqe nümayiş etdirib.

“O, diktatura şəraitində sarsılmaz iradə göstərib, Venesuela cəmiyyətində dinc dəyişiklik və azad seçkilər ideyasını qoruyub saxlayıb. Onun fəaliyyəti beynəlxalq ictimaiyyət üçün də demokratiyanın və sülhün vacibliyinə dair güclü mesajdır", - açıqlamada bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş