Nino Burcanadze: “Mən ruspərəst deyiləm, amma...”

Dünya

02.01.2021 - 16:47

“Kütləvi şüurda, xüsusən də gənclər arasında Rusiyanın imici son dərəcə mənfidir”

 

Gürcüstanda Rusiyaya qarşı inciklik var. AYNA xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin keçmiş spikeri, müxalifətçi Nino Burcanadze “Kommersant” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkəsində bir çox problem Rusiya ilə bağlanılır.

 

“Hakim Gürcü Arzusu Partiyası müxalifəti tez-tez Rusiyanın və ya Kremlin agentləri kimi göstərir”, Burcanadze qeyd edib.

 

Müxalifətçinin qeyd edib ki, Gürcüstanda Rusiyaya qarşı kin var: “Siyasətçilər bütün problemlərin Rusiyadan qaynaqlandığını desələr də, burada subyektiv amil də var. Kütləvi şüurda, xüsusən də gənclər arasında Rusiyanın imici son dərəcə mənfidir. Buna Milli Hərəkat və Mixail Saakaşvilinin siyasəti kömək etdi. Eyni zamanda, anti-Rusiya meyli ortaya çıxdı. Sağlam düşüncənin itirildiyi bir stereotip meydana gəldi”.

 

Burcanadze özünü ruspərəst hesab etmədiyini vurğulayıb: “Lakin problemlərin danışıqlar yolu ilə həll edilməli olduğuna inanıram. Ölkələr arasında münasibətlər nifrət üzərində qurulmamalıdır”.

Müəllif: Ayna.az