“Nikol Ermənistana gələn bulağın başında oturmuş canavardır”

Dünya

03.01.2021 - 20:41

Andranik Tevanyan: “Ermənistan 2020-ci ildə qalıb, biz 2021-ci ilə keçməmişik”

 

“Biz hələ 2020-ci ildəyik. Ermənistana hələ ki, 2021-ci il gəlməyib. Biz Ermənistanı xəyanət, məğlubiyyət və utanc simvolundan təmizləməyincə, yeni il gəlməyəcək”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Siyasi və İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Andranik Tevanyan deyib.

 

Tevanyan bildirib ki, 2020-ci il Ermənistanda “Nikol ili” olub: “O, həmişə Qarabağ ermənilərinə nifrət edib. Belə bir insan bizim üçün üz qarasıdır. 2020-ci ildə Nikol Paşinyanın rəhbərliyi ilə Qarabağı itirdik və praktiki olaraq Ermənistan ordusu yoxdur. Əlbətdə, hamımız insan və ərazi itkilərindən danışırıq, amma unutmayaq ki, Azərbaycanın hərbi texnikamızı məhv etməsi ilə milyardlarla dollar itirmişik. Bunun bərpası üçün çox böyük səy, illər və resurs lazımdır”.

Случайная революция» в Армении дает шанс новой силе — Андраник Теванян —  Новости политики, Новости России — EADaily

“Qətiyyətlə deyirəm, Ermənistanı müstəqil dövlət adlandırmaq olmaz. Çünki bu gün təhlükəsizliyimiz yalnız Rusiya və Putin tərəfindən təmin olunur”, - deyə Tevanyan bildirib.

 

İnstitut rəhbəri etiraf edib ki, 2020-ci ildə sayı erməni cəmiyyətinə bildirilməyən minlərlə gənc itirilib: “Əsirlər, itkin düşənlər, yaralananların və əlillərin sayı barədə məlumat verilmir. Yenidən aldadırlar, sayı saxtalaşdırırlar və həqiqəti gizlədirlər. Yalanlar, itkilərimiz Nikol Baş nazir olduğu müddətdə davam edəcək. Paşinyan Ermənistana gələn bulağın başında oturmuş canavardır”.

 

“Yenə deyirəm, biz 2020-ci ildə qalmışıq. 2021-ci ilə qədəm qoymaq üçün zəruri şərt yeni bir hökumətin – Nikolsuz Ermənistanın qurulmasıdır. Yeni il yalnız bundan sonra gələcək”, - deyə Tevanyan bildirib.

 

Müəllif: Ayna.az