“ABŞ Prezidenti ənənəvi olaraq Avropa liderləri qarşısında daha əlverişli mövqe tutur”
Fransa Prezidenti Emmanuel Makron Misirdə Qəzza sammiti çərçivəsində əl sıxarkən amerikalı həmkarı Donald Trampın hərəkətindən dəhşətə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə iki liderin görüşündən fotoları təhlil edən amerikalı mühafizəkar jurnalist Nik Sortor bildirib.
"Fransa Prezidenti Makron dəhşətə gəlib, çünki Prezident Tramp onun az qala qolunu qoparırdı", - jurnalist yazıb.
O həmçinin əlavə edib ki, “ABŞ Prezidenti ənənəvi olaraq Avropa liderləri qarşısında daha əlverişli mövqe tutur”.