40-a yaxın insan dağıntılar altında qalıb
Nigeriyanın paytaxtında yaşayış binası çöküb. Nəticədə azı 40 nəfər dağıntılar altında qalıb. AYNA xəbər verir ki, bu barədə xarici medianın məlumatlarında qeyd olunub.
Sabon Lugbe bölgəsində baş verən hadisə yerinə xilasedicilər və könüllülər cəlb olunublar. Beş nəfər dağıntılar altından çıxarılıb.