Nigerdə mina partlaması nəticəsində 6 əsgər ölüb

Dünya

11.04.2024 - 20:33

Həkimlər Klinikalar SEO Xidməti

Terrorçular məhv edilib və onların texnikası sıradan çıxarılıb

Nigerdə ordunun 6 əsgəri mina partlaması nəticəsində həlak olub. AYNA xəbər verir ki, bu barədə “Maghreb Arab Press” xəbər agentliyi məlumat yayıb.

Hərbi patrul avtomobili Tinqara kəndi yaxınlığında (Qonşu Mali ilə sərhəddən çox da uzaq olmayan İnates bölgəsində) yola döşənmiş minaya düşüb. Partlayış nəticəsində 6 əsgər həlak olub, daha bir neçəsi yaralanıb.

Ordu hava kəşfiyyatından istifadə edərək terrorçuların yerini müəyyənləşdirib və onlara qarşı zərbələr endirib. Nəticədə on nəfərə yaxın yaraqlı məhv edilib və onların texnikası sıradan çıxarılıb.

İnates ərazisi silahlı terrorçuların müntəzəm olaraq Niger hökumət ordusunun bazalarına və düşərgələrinə hücum etdiyi Tillaberi bölgəsində yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş