Niderland Ukraynanın bərpasına 138 milyon avro ayırıb

Dünya

11.06.2024 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

Niderland Ukraynanın bərpasına 138 milyon avro ayırıb. AYNA xəbər verir ki, bu barədə Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte Berlində Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.

"Niderland həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri, humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon avroluq yeni yardım paketi ayırır", - o deyib.

Rutte əlavə edib ki, güclü silahlı qüvvələr olmadan bərpanın mənası yoxdur.

"Buna görə də Ukraynaya “Patriot” kompleksinin tədarükü ilə bağlı danışıqlar davam etdiriləcək”, - o vurğulayıb.

Müəllif: Ayna.az