Nic qəsəbəsində tövlədə yanğın olub

Xəbərlər

17.11.2025 - 22:44

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, tövlədə baş vermiş yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan tövlənin yanar konstruksiyaları 40 kvadratmetr sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.

Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş