“Mən bu mövqeyimi elan etməkdən məmnunam”
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün İsrail tərəfindən işğalının 53-cü ildönümünü qeyd edib. AYNA xəbər verir ki, Netanyahu Qüdsün İsrailin paytaxtı olaraq qalacağını və bölünməyəcəyini bildirib.
“Mən bu mövqeyimi hökumətdəki yeni tərəfdaşlarıma elan etməkdən məmnunam”, - deyə Netanyahu bildirib.
Qeyd edək ki, Şərqi Qüds 1967-ci ildə İsrail tərəfindən işğal edilib.