Qərar əsirlərin geri qaytarılması prosesi başa çatdıqdan sonra qüvvədən düşəcək
İsrailin Baş naziri Binyamin Netanyahu hökumət üzvlərinə Qəzza sektorunda atəşkəslə bağlı razılaşma üzrə kütləvi informasiya vasitələrinə şərh verməyi qadağan edib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin “14-cü kanal”ı məlumat yayıb.
Bildirilib ki, bu qərar əsirlərin geri qaytarılması prosesi başa çatdıqdan sonra qüvvədən düşəcək.
Qeyd edək ki, oktyabrın 10-na keçən gecə İsrail hökuməti bütün girovların azad olunmasını nəzərdə tutan razılaşmanı təsdiqləyib.