Netanyahu: “İsrail ordusunun yüzlərlə itkisi var”

Dünya

10.05.2024 - 16:15

“Biz bu terrorçuları məhv etdikdən sonra Qəzzanı yenidən qurmağı da düşünürük”

İsrail Qəzza zolağında müharibə başlayandan bəri yüzlərlə əsgərini itirib. AYNA bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində deyib.

“Biz Qəzzada cəsarətlə döyüşən yüzlərlə əsgərimizi itirmişik”, Baş nazir vurğulayıb.

Netanyahu əlavə edib ki, münaqişə bitdikdən sonra hərbçilərə kömək etmək üçün çox səy göstərilməli olacaq: “Çünki onların ruhunda yaralar var. Ancaq eyni zamanda, biz bu terrorçuları məhv etdikdən sonra Qəzzanı yenidən qurmağı da düşünürük”.

Müəllif: Ayna.az