Netanyahu: “HƏMAS-la münaqişə 2025-ci ilə qədər davam edə bilər”

Dünya

17.01.2024 - 14:56

cedabet dərman SEO Xidməti

İsrailin Baş naziri HƏMAS-la münaqişənin bitmə tarixini açıqlayıb

“İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə 2025-ci ilə qədər davam edə bilər”. AYNA “The Times of Israel”ə istinadən bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu Müdafiə Qüvvələrinin Cənub Komandanlığının qərargahında Qəzza ilə həmsərhəd bölgələrin nümayəndələri ilə görüşü zamanı digər hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər.

Görüş zamanı boşaldılmış yaşayış məntəqələrinin sakinlərinin geri qayıtması mümkünlüyü müzakirə olunub. İsrailin Baş naziri evakuasiya edilmiş icmalara qayıtmağa hazır olan İsrail vətəndaşlarına maliyyə yardımı göstərilməsi prosedurunu nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə görüşündən sonra İsrailə hərbi əməliyyatların vaxtını diktə etməkdən imtina etdiyini açıqlamışdı. Bloomberg qeyd edib ki, Ostinin İsraillə bağlı sözləri ABŞ prezidenti Co Baydenin və onun dekabrın əvvəlində verdiyi əvvəlki bəyanatlarla müqayisədə daha yumşaq olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş