Netanyahu: “Ağ Evin İsrailin hərbi fəaliyyətinə heç bir təsiri yoxdur”

Dünya

25.12.2023 - 15:42

cedabet dərman SEO Xidməti

Baş nazir: “Müharibədə qərarlarımız əməliyyat mülahizələrimizə əsaslanır və mən bu barədə təfərrüata varmayacağam"

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin İsrailin hərbi fəaliyyətinə heç bir təsirinin olmadığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Netanyahu Vaşinqtonun Təl-Əvivi hərbi fəaliyyətini genişləndirməməyə inandırması barədə xəbərləri təkzib edib: “İsrail suveren dövlətdir. Müharibədə qərarlarımız əməliyyat mülahizələrimizə əsaslanır və mən bu barədə təfərrüata varmayacağam".

“The Wall Street Journal” daha əvvəl yazıb ki, İsrail oktyabrın 7-dən sonra Livanda Hizbullahın infrastrukturuna hücumlara qarşı ABŞ Prezidenti Co Baydendən xəbərdarlıq alıb. Nəşrin mənbələrinin məlumatına görə, Amerika lideri İsrailin Baş nazirinə xəbərdarlıq edib ki, bu cür hərəkətlər regionda genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Dekabrın 24-də Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu, HƏMAS hərəkatını məhv etməyin və girovları azad etməyin yeganə yoludur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş