İsrailin Baş naziri Co Bayden və Kamala Harrislə görüşəcək
İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 22-də ABŞ Konqresində çıxış etmək və Prezident Co Baydenlə görüşmək üçün ABŞ-a səfər edir. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Baydenlə görüşün dəqiq vaxtı hələ məlum deyil, çünki Prezident COVID-dən əziyyət çəkir və buna görə də onun qrafiki hələ təsdiqlənməyib. Netanyahu həmçinin Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın vitse-prezidenti Kamala Harrislə də görüşəcək.
Baş nazirin ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.
Netanyahunun çərşənbə günü Konqresdə çıxışı planlaşdırılır. Bu müddət ərzində o, bir neçə auditoriyanı hədəf alacaq.