İsrailin Baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxışı olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.
AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail rəsmisinə istinadən yazıb.
Rəsmilər Netanyahunun Konqresin əsas üzvləri tərəfindən dəvət olunduğu çıxışın iyulun 24-nə planlaşdırıldığını bildiriblər.
ABŞ Nümayəndələr Palatasının spikeri Miyk Conson daha sonra “X” hesabında Netanyahunun həqiqətən də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında iştirak edəcəyini yazıb. O, bunu ABŞ Senatındakı Respublikaçı Azlıqların lideri Mitç McConnell ilə birlikdə elan etməkdən məmnun olduğunu qeyd edib.