İranda Nobel Sülh Mükafatı laureatına məhkəmə cəza kəsib
İranda ötən il saxlanılan Nobel Sülh Mükafatı laureatı və insan haqları fəalı Nərgiz Məhəmmədi yeddi il altı ay həbs cəzasına məhkum edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Məhəmmədinin vəkili Mustafa Nili yazılı açıqlamasında bildirib ki, hüquq müdafiəçisi Məşhəd İnqilab Məhkəməsi tərəfindən "dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə sui-qəsd və əməkdaşlıq"a görə altı il həbs cəzasına, "təbliğat fəaliyyəti"nə görə bir il altı ay və əlavə cəzalara - iki illik səyahət qadağasına və iki illik sürgünə məhkum edilib.
İranlı fəal Məhəmmədi 12 dekabr 2025-ci ildə Məşhəddəki Qədir məscidində keçirilən anım mərasimi zamanı digər fəallar və vətəndaşlarla birlikdə saxlanılıb.
Nərgiz Məhəmmədi İranda təzyiq altında olan qadınların hüquqlarını müdafiə etdiyinə görə 2023-cü il Nobel Sülh Mükafatına layiq görülüb. O insan haqları fəallığı və müdafiəsi ilə tanınır.
Məhəmmədi əvvəllər "milli təhlükəsizliyə qarşı hərəkət etməkdə və rejimə qarşı təbliğat aparmaqda" ittiham olunub və 2019-cu ildə benzin qiymətlərinin artması ilə bağlı etirazlar zamanı həlak olanların anım tədbirlərində iştirak edib. O 2021-ci ilin noyabr ayında həbs edilib və daha sonra ötən ilin sonlarında Evin həbsxanasından azadlığa buraxılıb.