“Neftçi” uduzub

İdman

15.09.2024 - 22:23

“Zirə” doğma meydanda qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

AYNA xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Salifu Suma və Rafael Utziq vurublar.

Turun daha əvvəl keçirilən matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş