Neft bahalaşıb

İqtisadiyyat

18.12.2025 - 10:28

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb. AYNA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,55 dollar artaraq 60,23 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,55 dollar artaraq 56,49 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,95 dollar və ya 1,52 faiz artaraq 63,4 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş