Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

17.08.2019 - 05:28

Göstəricilər əvvəlkindən azdır

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 61,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

 

AYNA xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,62 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.

Müəllif: Ayna.az