“NBC News”: İsrail rəsmiləri ABŞ-a İrana hücumu təxirə salmağı təklif ediblər

Dünya

14.01.2026 - 12:40

İsraillilər hərbi müdaxilənin etirazçıların işlərini başa çatdırmasına mane ola biləcəyindən narahatdırlar

İsrail rəsmiləri Ağ Evə İrana qarşı potensial hərbi əməliyyatı təxirə salmağı təklif ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, "İsrail rəsmiləri Tramp administrasiyasına bildiriblər ki, İranda rejim dəyişikliyini və ABŞ-ın bunu asanlaşdırmaq səylərini tam dəstəkləsələr də, hazırda xarici hərbi müdaxilənin etirazçıların işlərini başa çatdırmasına mane ola biləcəyindən narahatdırlar".

Qeyd olunub ki, israillilər amerikalılara başqa variantlar da təklif ediblər. Bildirilib ki, mümkün tədbirlər arasında İranda internet bağlantısının yaxşılaşdırılması, iqtisadi sanksiyalar və kiberhücumlar da qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş