Nazirlikdən çağırış: uşaqları nəzarətsiz qoymayın!

Cəmiyyət

10.02.2021 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

 

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya daxil olan müraciətdə bildirilib ki, gələcəyimiz olan uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur. Valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

 

Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və sair mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, nazirlik valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş