Nazirlik Bakıda su basmış evlərlə bağlı məlumat yayıb

Xəbərlər

26.09.2021 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub

Sentyabrın 26-da gecə saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərində bəzi fərdi evlər və həyətyanı sahələrin, kommunikasiya obyektinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub. Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib.

Görülmüş tədbirlər sayəsində paytaxın Binəqədi və Xəzər rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş