Nazir: “Üçtərəfli formatlarda dialoqun davam etdirilməsi planlaşdırılır”

Xəbərlər

08.12.2025 - 15:14

“Bu gün keçirilən görüşlər zamanı biz beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər saldıq”

“Bu gün keçirilən görüşlər zamanı biz beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər saldıq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib.

“Regional formatlarda, həmçinin siyasi, iqtisadi sahələrdə, habelə Azərbaycan–İran–Rusiya və Azərbaycan–İran–Türkiyə üçtərəfli formatları barədə müzakirələr apardıq və bu dialoqun davam etdirilməsi planlaşdırılır”, - deyə Bayramov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş