“Layihə həm Gürcüstan, həm də region üçün çox mühüm rol oynayacaq”
"Çox tezliklə Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tiflis-Qars layihəsinin açılışını qeyd edəcəklər”. AYNa.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Gürcüstanın Birinci Kanalında yayımlanan "Cari Mövzu - Maka Tsintsadze ilə" verilişində deyib.
Onun sözlərinə görə, layihə həm Gürcüstan, həm də region üçün çox mühüm rol oynayacaq.
"İnanıram ki, çox tezliklə bütün region - Azərbaycan, Türkiyə və Gürcüstan həm ölkəmiz, həm də region üçün çox mühüm rol oynayacaq tarixi Bakı-Tiflis-Qars layihəsinin açılışını qeyd edəcəklər. Bu layihənin möhtəşəm açılışı çox tezliklə baş tutacaq", Mariam Kvrivişvili vurğulayıb.