Nazir şagirdlərin qiymətləndirilməsindən danışıb

Cəmiyyət

07.05.2020 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: “2019-2020-ci ilin tədris ilinin birinci yarım ili üzrə qiymətləndirilmələri əsas götürüləcək”

 

2019-2020-ci il tədris ilinin ikinci yarım ili üzrə, tədris ilinin sonunda şagirdlərin qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmur. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

 

“Daha çox şagirdlər və müəllimlər arasında kiçik və böyük summativ qiymətləndirilmələrdən söhbət gedir və bu qiymətləndirilmələrin həyata keçirilməsi nəzərdə tutulub. Digər tərəfdən, ədalətli olsun deyə, şagirdlərin 2019-2020-ci ilin tədris ilinin birinci yarım ili üzrə qiymətləndirilmələri əsas götürüləcək və həmin qiymətlər üzrə şagirdlərin illik yekun qiymətləri çıxarılacaq və növbəti sinifə keçid təmin olunacaq”, - nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş