“Saatda 90-la olan yolu 100-lə gedə bilərsiz” - <font color=red> Vaqif Əsədov</font>

Cəmiyyət

26.06.2019 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

Yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələblərini saatda 10 kilometrə qədər pozulması inzibati məhsuliyət yaradırmı?

 

AYNA xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "unikal.org"a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələbləri pozulursa, (yəni sürət həddi aşılırsa) inzibati xəta tərkibi yaradır:  “Bugünkü qanunvericiliyin tələbinə əsasən, sürət həddi 11 kilometr və daha yüksək olduğu halda inzibati məhsuliyət yaradır.  Yəni, sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 101 kilometr gedirsə (11 kilometr ), o, artıq radara düşür və cərimə olunur".

 

"Əgər sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 100 kilometr gedirsə, radara düşmür. Ola bilsin, sürücü yaşayış məntəqəsi olan yolda sürət məhdudiyyəti 60 kilometr/saat olan yolda 70-lə gedirsə belə, o da inzibati məhsuliyət yaratmır. Yəni sürücü 11-20 kilometr arasında sürət hədinin aşılmasına görə, 10 manat cərimələnir. 40 kilometr/saat sürət həddi ilə aşırsa, iki cərimə balı və 50 manat məbləğində cərimə olunur. Bu sürət həddindən artıq aşmaya görə cərimələrin məbləği artır” - deyə, V.Əsədov vurğulayıb. 

Müəllif: Ayna.az