Nazir: “Saakaşvili gürcü siyasətçisi deyil”

Dünya

06.03.2024 - 17:51

cedabet dərman SEO Xidməti

“Onun Gürcüstanda siyasi proseslərdə iştirak etmək hüququ yoxdur”

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili ölkəsində siyasi proseslərdə iştirak edə bilməz. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Nazir bunu Saakaşvilinin Ukrayna vətəndaşı olması ilə əsaslandırıb: “Saakaşvili Gürcüstanın yox, Ukraynanın vətəndaşıdır. Bu səbəbdən də Gürcüstandakı siyasi proseslərdə iştirak edə bilməz. Onun siyasi proseslərdə iştirak etmək hüququ yoxdur. Yəni ki, Saakaşvili gürcü siyasətçisi deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş