Nazir özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb

Xəbərlər

20.08.2020 - 19:34

cedabet dərman SEO Xidməti

Təklif olunan modellər haqqında müzakirələr aparılıb

 

Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

 

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin, təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş