Nazir: “Ermənistan öhdəliklərə əməl etmir”

Aktual

09.02.2022 - 13:54

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: "Ermənistan hansısa ön şərt irəli sürmə cəhdlərini ortaya qoyur"

“Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması prosesinə dair ziddiyyətli açıqlamalar verir və öhdəliklərə əməl etmir”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir deyib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi dövlət sərhədinin müəyyənləşməsindən keçir: "Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasını dəstəkləyir. Ermənistan isə hansısa ön şərt irəli sürmə cəhdlərini ortaya qoyur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş