“O video təxribatdır, inanmayın” – <font color=red> DEPUTAT</font>

Aktual

09.12.2020 - 17:19

Elman Məmmədov: “Axtarsan, orada öldüyü deyilən erməni sağdır...”

 

İkinci Qarabağ müharibəsində baş verdiyi iddia edilən bir video üzərində cəmiyyətdə polemika yaranıb. Söhbət “Telegram” kanallarında ortaya çıxan, guya, erməni yaşlı kişinin Azərbaycan əsgəri tərəfindən bıçaqla öldürülməsini özündə əks etdirən videodan gedir. Videoda görünür ki, bir kişi, Azərbaycan hərbçilərinə məxsus hərbi formada olan bir şəxs tərəfindən öldürülür.

 

Cəmiyyətimizdə əksəriyyət hesab edir ki, hadisəni törədən şəxs Azərbaycan əsgəri olmaya da bilər. Ehtimallara görə, ermənilər Azərbaycana qarşı istifadə etmək üçün özləri bu cür qəddarlıq səhnələrinin əks olunduğu videolar hazırlayır, Azərbaycan əsgəri qiyafəsində aktyorlarla “teatr” düzənləyirlər. Sonradan düzəltdikləri həmin videoları dünyaya yayırlar. Beləliklə, həm Azərbaycanı beynəlxalq məhkəmələrə vermək, həm də dünyaya göstərmək istəyirlər ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı olmaqdan, azərbaycanlılarla birgə yaşamaqdan qorxurlar. Necə ki, artıq Ermənistanın ombudsmanı sözügedən görüntülərə istinad edərək, Azərbaycanı beynəlxalq qurumlara şikayət edib.

 

Belə iddiada olanlar arqumentlərində hər halda yanlış deyillər. O mənada ki, biz ermənilərin bu cür mənfur oyunlarının dəfələrlə şahidi olmuşuq. Sual olunur: axı, qalib Azərbaycan əsgərinin bir sivili öldürmək nəyinə lazımdır? 44 günlük Vətən müharibəsinin şiddətli günlərində belə hal oldusa, niyə üzə çıxmadı, yaxud da, indi niyə ortaya atılır?

 

Məsələ ilə bağlı AYNA-ya danışan, Milli Məclisin Xocalıdan olan deputatı, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da Azərbaycan əsgərinin belə qəddar əməl törədəcəyinə inanmır:

 

- Birmənalı olaraq deyə bilərəm ki, o videoları düzüb-qoşan, sosial şəbəkələrdə yayan ya ermənilərdir, ya da ermənilərə havadarlıq edən qüvvələrdir. Avropakı, digər hansısa xarici dövlətlərdəki ermənipərəst qüvvələr belə iyrənc əməllərlə məşğul olurlar. Biz bunun zaman-zaman şahidi olmuşuq. Ermənilərə havadarlıq etmək niyyətində olan müəyyən xarici kəşfiyyat orqanları Azərbaycana qarşı olan belə materiallar hazırlayırlar, sonra bunu sosial şəbəkələrdə yayırlar. Məqsəd də birdir - Azərbaycanı günahlandırmaq, müharibə cinayətlərində ittiham etmək, Azərbaycan əsgərini gözdən salmaq, dünyaya barbar kimi təqdim etmək. Belə əsassız, mənbəyi və mənşəyi bəlli olmayan videolar, materiallar, iftiralar gündəmə gətirirlər, sonra desinlər ki, “barbar azərbaycanlılarla yaşaya bilmirik, yaşamaq mümkün deyil” və s. Amma onların belə əxlaqsız iftiraları heç nəyi dəyişməyəcək, Azərbaycan Ordusunun şanlı qələbəsini gözdən sala bilməyəcəklər. Bütün dünya bilir ki, Azərbaycanın savaşı haqq savaşıdır, ordusu da haqlı olduğu üçün ədalətli müharibə apardı. Azərbaycan əsgəri mülki vətəndaşlara heç vaxt toxunmadı, toxunmur, toxunmayacaq da. Bizim əsgər son dərəcə humanistdir. Bu humanizmi ermənilər Ağdamdan, Kəlbəcərdən, Laçından çıxarkən onlara göstərdilər. Hətta, onlar köçərkən Azərbaycan əsgəri əşyalarının yüklənməsinə belə, yardım göstərdi. Belə insanlardan ibarət ordu, belə əsgərlər sivil insanlara qarşı əsla qəddar münasibət göstərə bilməzlər.

 

- Deyirsiniz ki, bu, qara yaxmaq üçün quraşdırılmış oyundur. Bu oyundan istifadə edə biləcəklərmi?

 

- İstifadə etməyə cəhd göstərirlər. Amma alınmayacaq, niyyətlərinə çata bilməyəcəklər. Düzdür, müəyyən ürəkbulandırıcılıq edəcəklər. Bu mənfur kampaniyanı hazırlayanlar, xaricdə bu oyunla erməni müdafiəsinə qalxanlar bir də himayə etdiklərinin əməllərinə nəzər salsınlar, tarixə müraciət etsinlər. Hələ mən ötən əsrin əvvəlini yox, sonlarının faktlarını sadalaya bilərəm. 1988-ci ildən bu günədək ermənilərin azərbaycanlıların başına gətirdikləri işgəncələrə, müsibətlərə, soyqrımılarına, cəlladlıqlara baxsınlar. Bunlar sənədlərlə, sübutlarla ortadadır. Ermənilər canlı insanlara olmazın işgəncələr verməklə yanaşı, azərbaycanlı cəsədlərdən belə, qisas alıblar. Xocalıdan olan minlərlə erməni əsirliyində olanların başına gətirdikləri müsibətlərin faktları var. Birinci Qarabağ müharibəsi zamanı əsir düşən azərbaycanlıların bu gün sağ qalanları var, onların həyat dramlarını dinləsinlər. Bizim hüquq-mühafizə orqanlarında həmin əsirlərə erməni işgəncələrini sübut edən materiallar var - video, foto şəkilində. Həmçinin, həmin dövrdə azərbaycanlı əsirlərdən yazan xarici jurnalistlərin arxivlərində materiallar var. Ermənilərin azərbaycanlılara qarşı işgəncələrinin canlı şahidi olan xarici media nümayəndələri bu gün də yaşayırlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, güzgüyə baxsınlar, o zaman öz vəhşiliklərini görəcəklər. Ermənilərin bütün tarixi, “faciələri” saxtakarlıq üzərində qurulub. Onlar ötən əsrin əvvəllərində də, sonunda da, bu gün də vəhşiliklərini törədirlər. Belə qurama “faciə” düzəldirlər, hətta, bizə qarşı törətdikləri vəhşilikləri özlərinə edilmiş kimi sənədləşdirməyə çalışırlar ki, guya, azərbaycanlılar onları qətlə yetirib. Bunlar belə əxlaqsız, qaraçı məxluqlardır.

İrəli” İctimai Birliyi Xocalı faciəsi ilə əlaqədar sosial şəbəkələrdə yeni  aksiyaya start verib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

- Xaricdə ermənilər keçirdikləri aksiyada Xocalı soyqrımına aid fotoşəkilləri özlərininki kimi təqdim edirdilər...

 

- Ermənilərin xisləti budur. Onlar vəhşiliklərini bu gün də davam etdirirlər. Bir neçə il öncə girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə hansı işgəncələri verdikləri unudulmayıb. Onları qurduqları qondarma “məhkəməyə” hansı formada gətirdiklərinin görüntüləri var. Dünya birliyi kordur, görmür bunu? İndi erməni qaraçılığı edirlər, dünyanı “məzlum” olduqlarına inandırmaq istəyirlər. Mən erməni qaraçılığını boşuna demirəm, bu, həqiqətdir. Mən onları şəxsən görmüşəm. Bir faktı deyim: Əsgəranla Xocalı arasında məsafə 5 kilometrdir. Həmin o 5 kilometrlik məsafədə, Xocalıdan Əsgəran qalasına çatmamış, yolun altında, Qarqarçayının kənarında Mirzəcanlı deyilən yerdə erməni qaraçıları yaşayırdılar. Onlar xırda bir məsələ olan kimi onu şişirdirdilər. Baxın, Vətən müharibəsi dövründə Şuşada, ermənilərə heç dəxli olmayan, sonradan erməniləşdirilmiş kilsənin kənarına bir mərmi dəymişdi. Hələ dəqiq deyil, onu özləri etmişdilər, ya necə baş vermişdi. Ona görə özləri etmişdilər iddiasındayam ki, onlar bu cür mənfur əməllərdən çəkinmirlər. Yetər ki, Azərbaycana qarşı nəsə etsinlər. Sözüm ondadır ki, o məsələni o qədər şişirtdilər ki, “kilsələrimiz bombalanır”, “Azərbaycan xristian dünyasının məbədlərini dağıdır” kimi bir sıra absurd iddialar... Yəni, bunların qaraçılığı, iftiraları bitməzdir. Təəssüf ki, onların bu cür yalançı iddialarını dünyada dəstəkləyənlər tapıldı. 30 il ərzində işğalda saxladıqları Azərbaycan ərazilərində ermənilərin Azərbaycanın tarixi, mədəni, dini abidələrinə qarşı vandalizm aktları göz önündədir. Buna heç nə deyən yoxdur, həmin ermənipərəstlər susurlar.

 

- Yəni, son günlərin videosu ilə bağlı da erməni qaraçılığı dəstək qazana bilər?

 

- Mən əminliklə deyirəm ki, bu videolar ermənilərin quraşdırdığı səhnələrdir. Güman ki, səhnənin aktyorluğunda olan o qoca erməni də ölməyib, araşdırsan, sağdır. Sadəcə, murdar təbliğatları üçün belə üsullara əl atırlar. Yəqin ki, yenidən erməni yalanlarına inananlar tapılacaq. Əsasən də ermənipərəst qüvvələr “məzlumlara” inanacaqlar. Amma yenə də deyirəm, erməni vəhşiliyinə baxsınlar. Bir şeyi anlamaq lazımdır, ermənilər özlərinin törətdikləri vəhşilikləri özgənin adına yazmaqda mahirdirlər. 1915-ci ildə türk əsgəri bir neçə cəbhədə döyüşən vaxt, ermənilər Osmanlı ərazilərində mülki əhalini, qadınları, uşaqları, yaşlıları soyqrımına uğratdılar. Türkiyə ərazisində ermənilərin qətliamlarını sübuta yetirən nə qədər toplu məzarlıqlar tapılıb. Amma bu gün nə deyirlər? Guya, türklər erməniləri soyqrımına məruz qoyublar. Bunlar belə həyasız məxluqdurlar.

 

- Yayılan videogörüntülərə Azərbaycan cəmiyyətində reaksiyalar müxtəlifdir. Sayları az olsa da, müəyyən qrup insan Azərbaycan əsgərinin belə əməl törədəcəyinə inanır və əsgərimizi tənqid atəşinə tutur...

 

- Təəssüf edirəm ki, əsgərimizin bu cür əməl törədəcəyinə inanan vətəndaşlarımız var. Əlbəttə, ola bilsin ki, həmin insanların bəziləri elə məqsədli şəkildə bunu gündəmə gətirirlər. Amma bəziləri yəqin ki, bilməyərəkdən əsgərimizi tənqid edirlər. Çünki biz millət olaraq humanist, alicənab millətik. İnsanlarımıza tövsiyə edirəm ki, hər gördüklərinə inanmasınlar, dərindən düşünsünlər. Düşünsünlər ki, Azərbaycan əsgəri qürurlu əsgərdir, o, məharətini döyüş meydanında göstərir. Azərbaycan əsgəri mülki əhaliyə qarşı heç bir qətlə əl atmaz. Təslim olan erməni əsgərinə aqressiv davranmayan Azərbaycan əsgəri, mülki əhaliyə aqressiya göstərərmi? Ağıl var, məntiq var. Bir az dərindən düşünək, düşmənin istəyinə nail olmasına imkan verməyək. Azərbaycan əsgərinin vəzifəsi düşmən hərbçilərinin işğalının qarşısını almaqdır, onların hücumunu dəf etməkdir. Bunun da öhdəsindən layiqincə gəldi, bundan sonra da əsgərimiz təcavüzün cavabını artıqlaması ilə verəcək. Amma bizim əsgər nə bundan əvvəl sivil insanlara qarşı qəddarlıq göstərib, nə də bundan sonra göstərəcək. Hesab edirəm ki, vətəndaşlarımız düşmənin qurduğu oyunlara, səhnəciklərə yox, öz əsgərinə inansın.

Müəllif: Anar Bayramoğlu