Nazir: “Daha asan yox, daha təhlükəsiz model haqqında fikirləşməliyik”

Aktual

27.08.2020 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

Emin Əmrullayev: “Təhsil müəssisələrin açılması virusun yayılmasına müəyyən qədər təsir edə bilər”

 

“Pandemiya dövründə tədris necə təşkil edilməlidir sualını ictimaiyyət distant, yoxsa ənənəvi təhsil yaxşıdır kimi başa düşür. Amma pandemiya dövründə hansı təhsil sisteminin daha yaxşı olduğunu düşünmək lazımdır”. AYNA xəbər verir ki, bunu Təhsil Nazirliyinin brifinqində nazir Emin Əmrullayev deyib.

 

O, bildirib ki, daha asan və uyğunlaşdığımız model yox, ən az riskli və təhlükəsiz model haqqında fikirləşmək lazımdır: “Verdiyimiz qərarlarda da bunu nəzərə almalıyıq. Bildiyimiz kimi təhsil sistemi gündəlik bir neçə milyon insanı səfərbər edir. Başqa sözlə desək, təhsil müəssisələrin açılması virusun yayılmasına müəyyən qədər təsir edə bilər”.

 

“Sözümün mahiyyəti ondan ibarətdir ki, qərar verən zaman ən asan və rahat yox, ən səmərəli və düzgün qərarların verilməsi istiqamətində fikir mübadiləsi aparmışıq”, - deyə Əmrullayev əlavə edib.

Müəllif: Ayna.az