Naxçıvanda qəza baş verib: 3 nəfər xəsarət alıb

Hadisə

31.03.2026 - 20:41

"Niva" markalı avtomobillə "Daewoo Nexia" markalı avtomobil toqquşub

Naxçıvanda yol qəzası baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı "Niva" markalı avtomobillə "Daewoo Nexia" markalı avtomobil toqquşub.

Xəsarət alanlar - 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş