Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

Xəbərlər

14.04.2022 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Praktiki atış tapşırıqları uğurla icra edilib

"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, zabitlərin mənəvi-psixoloji dayanıqlığının qorunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə komandir heyəti müxtəlif mövzularda nəzəri dərslərdə iştirak edib.

Komandir hazırlığında “Günün nizam qaydaları”na uyğun bölmələrdə "qalx" komandasından "yat" komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib.

Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq göstərilib.

Məşğələlər zamanı “Artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda dərslər keçirilib və praktiki atış tapşırıqları icra edilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib - Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib - Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib - Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş