Naxçıvanda 50 yaşlı şəxs qətlə yetirilib

Dünya

19.10.2023 - 21:42

Elvin Zaxarov şübhəli şəxs qismində tutulub

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AYNA-ya Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş