Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

28.08.2024 - 22:30

cedabet dərman SEO Xidməti

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyİndən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş