Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

15.08.2021 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

 

Avqustun 15-də saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş