Navalnının səhhəti tam düzəlməyib

Dünya

21.08.2020 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Həkim: “Diaqnozunun müəyyənləşdirilməsi üçün tələb olunan tədqiqat təxminən iki gün davam edəcək”

 

“Aleksey Navalnının vəziyyəti yaxşılaşıb. Lakin hələ də tam sabitliyə nail olunmayıb. Həkimlərin konsiliumunun nəticəsinə əsasən, hələlik Navalnını Omsk xəstəxanasından çıxarılaraq Almaniyaya müalicəyə göndərmək olmaz”. AYNA Rusiya mediasına istinadən bildirir ki, zəhərlənən rusiyalı siyasətçi Aleksey Navalnının yerləşdirildiyi xəstəxananın baş həkimi Aleksandr Muraxovski deyib.

 

Həkim qeyd edib ki, Navalnının Almaniyaya müalicəyə göndərilməsi üçün ilk növbədə pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır: “Navalnının diaqnozunun müəyyənləşdirilməsi üçün tələb olunan tədqiqat təxminən iki gün davam edəcək”.

 

Qeyd edək ki, Rusiyanın müxalif siyasətçisi Navalnının dünən bir fincan qəhvə içəndən sonra halı qəfldən pisləşib. O xəstəxanaya çatdırılıb. İlkin ehtimala görə, siyasətçi zəhərlənib.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş