Navalnı Moskvaya gəldi və saxlanıldı

Dünya

18.01.2021 - 00:02

Həkimlər Klinikalar SEO Xidməti

Müxalifət lideri Şeremetyevo hava limanında saxlanılıb

 

Rusiya müxalifətinin lideri Aleksey Navalnı saxlanılıb. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

 

Müxalifət lideri bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn zaman hava limanında saxlanılıb.

 

Navalnı Şeremetyevo hava limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə nəzarətə alınıb.

 

Qeyd edək ki, Navalnı ötən ilin avqust ayında Rusiyada zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Vəziyyəti ağırlaşan müxalifət lideri təcili Almaniyaya aparılmışdı. Araşdırma nəticəsində Navalnının qanında “Noviçok” zəhəri açkarlanmışdı. 6 aydır ki, Almaniyada müalicə alan Navalnı sağaldıqdan sonra Rusiyaya dönmək qərarı verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş