"NATO Ukraynadakı münaqişədə tərəf olmayacaq" - Stoltenberq

Dünya

05.04.2024 - 03:07

cedabet Klinikalar SEO Xidməti

Baş katib: "Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur"

"NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil".

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“NATO münaqişənin tərəfi deyil və olmayacaq. Alyans Ukraynaya özünümüdafiə üçün dəstək verir. Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur, belə bir müraciət olmayıb”, - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş