NATO Rusiya-NATO Şurasını rəsmən ləğv edib

Dünya

04.12.2025 - 12:38

“Bu gün Avropanın təhlükəsizliyi Rusiyaya qarşı qurulub”

Rusiya-NATO Şurası artıq mövcud deyil. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Onun sözlərinə görə, Alyansın baş katibi Mark Rutte iclasda Şuranın fəaliyyətini tamamilə dayandırdığını rəsmən bəyan edib.

Nazir qeyd edib ki, Şura Avropa təhlükəsizliyinin Rusiya ilə birgə formalaşdırılmasının mümkün hesab edildiyi bir vaxtda yaradılıb, lakin indiki reallıq bunun əksini göstərir: “Bu gün Avropanın təhlükəsizliyi Rusiyaya qarşı qurulub”.

Qeyd edək ki, Rusiya-NATO Şurası 2002-ci ilin mayında İtaliyada yaradılıb. “29+1” formatı çərçivəsində Moskva və NATO ölkələri bərabər əsasda təhlükəsizlik, silahlara nəzarət, terrorla mübarizə və insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər. Lakin son illərdə Şura əsasən fəaliyyətsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş