"ABŞ qüvvələrinin yerləşdirilməsindəki düzəlişlər qeyri-adi deyil”
NATO rəhbərliyi ABŞ-ın Rumıniyadakı qüvvələrinin sayını azaltmaq planlarından xəbərdar idi. Alyans bu qərarı qeyri-adi hesab etmir və potensial təcavüzkarları dəf etmək üçün hələ də lazımi qüvvələrə malik olduğunu vurğulayır. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun yaydığı bəyanatda qeyd edilib.
"ABŞ qüvvələrinin yerləşdirilməsindəki düzəlişlər qeyri-adi deyil. Bu düzəlişə baxmayaraq, ABŞ-ın Avropadakı hərbi mövcudluğu uzun illərdir olduğundan daha yüksək olaraq qalır. Avropada ABŞ-ın 2022-ci ildən əvvəlkindən xeyli çox əsgəri var", - bildirilib.
Qeyd edək ki, dünən Rumıniya Müdafiə Nazirliyinin saytında Rumıniya və digər NATO müttəfiqlərinin ABŞ tərəfindən Alyansın şərq cinahında yerləşən Amerika qoşunlarının sayını azaltmaq planları barədə məlumatlandırıldığı bildirilən açıqlama dərc edilib. Xüsusilə, bu, Rumıniyadakı Mihai Kogălniceanu Hava Bazasında yerləşən ABŞ qüvvələrinə təsir edəcək.
Məlumatda bildirilib ki, ixtisardan sonra təxminən 1000 Amerika əsgəri Rumıniyada qalacaq.