“Müəyyən növ silahlar var ki, onları yalnız ABŞ təmin edə bilər, çünki alternativi yoxdur”
“Hazırda NATO ölkələrinin yarıdan çoxu ABŞ-dan Ukrayna Silahlı Qüvvələri üçün silah almağa hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, müəyyən növ silahlar var ki, onları yalnız ABŞ təmin edə bilər, çünki alternativi yoxdur.
"Biz görüşə başlayanda altı NATO ölkəsi bu təşəbbüsdə iştirak edirdi, lakin görüşdən sonra NATO ölkələrinin yarıdan çoxu ona qoşulmağa hazırdır", - Rutte vurğulayıb.
Qeyd edək ki, “Ramşteyn” Əlaqə Qrupunun üzvləri Kiyevə silah alışı üçün 3 milyard avro toplayıb.