NATO-dan Dnestryanı ilə bağlı Rusiyaya xəbərdarlıq

Dünya

27.02.2024 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Dnestryanı ərazini ilhaq etməyə çalışarsa, NATO Moldovanı dəstəkləyəcək

Rusiya Dnestryanı ərazini ilhaq etməyə çalışarsa, NATO Moldovanı dəstəkləyəcək. AYNA xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Joana Rumıniyanın “ProTV” telekanalına müsahibəsində bildirib.

“Əlbəttə, NATO Rusiyanı pisləyəcək və Moldovanı dəstəkləməyə davam edəcək. Bu ölkə bizim üçün mühüm rol oynayır”, Joana vurğulayıb.

NATO rəsmisi qeyd edib ki, Dnestryanının Rusiyaya qoşulması məsələsi artıq “referendumda” qaldırılıb, lakin bu, heç bir nəticə verməyib.

Qeyd edək ki, Dnestryanıda fevralın 28-də regiondakı siyasi və sosial-iqtisadi vəziyyəti müzakirə etmək üçün “deputatların qurultayı” keçirəcək. Yerli müxalifət fəalı Gennadi Çorba hesab edir ki, həmin gün deputatlar “respublikanın” Rusiyaya birləşdirilməsi xahişi ilə Rusiya hakimiyyətinə müraciət edəcəklər.

Fevralın ortalarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya “Dnestryanıda yaşayan vətəndaşlarının Qərbin qurbanına çevrilməsinə imkan verməyəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş