“Rusiyanın hipersəs silahları NATO-dan çox qatlı raketdən müdafiə sistemi yaratmağı tələb edir”
“Rusiya ordusunda xidmətdə olan hipersəs silahları NATO ölkələrindən kütləvi və çoxqatlı raket əleyhinə müdafiə sistemi yaratmağı tələb edir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq mətbuat konfransında deyib ki, “hipersəs raketləri əlbəttə ki, problemdir”.
NATO-nun baş katibi əlavə edib ki, Ukraynadakı ABŞ “Patriot” sistemləri bu cür silahlara tab gətirə bilir: “Lakin bu, çoxqatlı hava hücumundan müdafiə sisteminin yaradılması, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin yaradılması zərurətindən xəbər verir”.