“NATO-nun “Steadfast Defender 2024” hərbi təlimi Rusiyanı cilovlamaq məqsədi daşıyır”
NATO-nun “Steadfast Defender 2024” hərbi təlimi Rusiyanın qarşısını almaq məqsədi daşıyır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Xüsusi nümayəndə bildirib ki, NATO-nun Avropadakı ən böyük hərbi təliminin mesajı aydındır: “Biz xüsusilə də təhlükə hesab etdiyimiz Rusiyanı cilovlamaq istəyirik”, - deyə o bildirib.
Bundan əlavə, Kolomina əmin edib ki, Türkiyə Rusiyaya qarşı öz xüsusi siyasətini həyata keçirsə də, Alyansın müdafiə və çəkindirmə səylərinə sadiqdir.
Qeyd edək ki, NATO Avropada “Steadfast Defender 2024” adlı hərbi təlimə başlayıb.