Narışkin Şimali Koreyaya gedib

Dünya

28.03.2024 - 11:14

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Pxenyana üç günlük səfər edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri direktoru Sergey Narışkinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib. AYNA xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Nümayəndə heyəti Pxenyana martın 25-də gedib. Səfər çərçivəsində Narışkin Şimali Koreya dövlət təhlükəsizliyi naziri Li Çanq De ilə görüşüb. Bundan əlavə, Rusiya nümayəndə heyəti ölkənin Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə danışıqlar aparıb.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bildirib ki, Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Pxenyan Moskva ilə münasibətlərdə yeni dövrə başlayacaq.

Müəllif: Ayna.az