“Namazınızı evdə qılın” - <font color=red> Vətəndaşlara çağırış</font>

Dünya

16.03.2020 - 21:21

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə məscidlərdə namaz qılınması qadağan olunub

 

Türkiyədə koronavirusa yoluxma sayının artması mübarizə tədbirlərini bir az da gücləndirib.


AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Dəyanət İşləri İdarəsinin sədri Əli Ərbaş canlı yayımda çıxış edərək insanlara tövsiyələrini verib.


O çağırış edib ki, məscidlərin açıq qalmasına baxmayaraq insanlar diqqətli olmalıdır. “Koronavirus təhlükəsi bitməyənə qədər insanlar namazını evdə qılsa, yaxşıdır. Kütləvi yerlərdən uzaq olmalıyıq. Bu səbəbdən cümə namazı da daxil olmaqla bütün namazların məsciddə birgə qılınmasına ara verilir".


Qeyd edək ki, Türkiyədə şübhəli bilinən insanların nəzarət altına alınması davam edir. Bu gün Ümrə ziyarətindən gələn 315 zəvvar karantinə alınıb. Son məlumata görə, ölkədə 18 nəfərdə virusa yoluxma faktı var.

Müəllif: Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş