Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq

Xəbərlər

08.01.2026 - 16:39

Attestasiya Bakı Xoreoqrafiya Akademiyasında əvvəlki qaydalar əsasında həyata keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən 67 incəsənət məktəb və mərkəzlərində 24 ixtisas üzrə çalışan təxminən 4 000 müəllimin attestasiya prosesi yekunlaşdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, fevralın 10-dan etibarən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindən başlayaraq digər regional idarələr üzrə il ərzində ümumilikdə 8 000-ə yaxın müəllimin attestasiya prosesinin mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.

Attestasiya Bakı şəhərində, Bakı Xoreoqrafiya Akademiyasında əvvəlki qaydalar əsasında həyata keçiriləcək.

Müəllimlərin bu məqsədlə ayrılmış nəqliyyat vasitəsilə Bakı şəhərinə gəliş-gedişi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş