DİN Arif Hacılının polisə çağırılmasını təkzib etdi
Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib. AYNA-nın xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, A.Hacılı polis orqanlarına dəvət edilməyib.
“Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.
Xatırladaq ki, A.Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb.