Münaqişə tərəfləri atəşkəsi müzakirə edəcəklər

Dünya

13.01.2020 - 12:42

Həkimlər Klinikalar SEO Xidməti

Fərəc ilə Haftar bu gün Moskvada müzakirə masasına oturacaq

 

Rusiya Xarici İşlər Nazirliyi, illərdir Liviyada gərginlik yaşayan iki liderin bu gün Moskvada masaya oturacağını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “İnterfax” xəbər agentliyi məlumat yayıb.

 

Məlumata görə, görüşdə Liviya Milli Hökumətinin Baş Naziri Fərəc ilə, ölkənin şərq hissəsini idarə edən general Haftar arasında atəşkəs mövzusu müzakirə olunacaq.

 

Qeyd edək ki, “ərəb baharı”ndan sonra Liviyada zorakılıq, qeyri-müəyyənlik və xaos yaranıb, hakimiyyəti əldə etmək üçün iki lider arasında qarşıdurma başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş